Bakının Nərimanov rayonunda narkokuryer saxlanılıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olan 31 yaşlı Vüqar Dadaşlı saxlanılıb.
Onun yaşadığı mənzilə baxış zamanı oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən, V.Dadaşlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.