Narkotik təsiri altında qeyri-etik hərəkətlər edən sürücü tutulub. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonu, H.Əliyev prospektində “Toyota” markalı 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tahir İsgəndərov qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tibbi müayinə zamanı onun narkotik təsiri altında olduğu məlum olub.
Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.