Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmmədin verdiyi məlumata əsasən, xəstəxanaya 23 nəfər hospitalizasiya olunub. Onlardan 18-nə ilkin tibbi yardım göstərilib.
Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir.
09:52 - Nərimanovdakı yanğında xəsarət alanlar var
Nərimanov rayonunda baş vermiş yanğında xəsarət alanların sayı açıqlanıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Rayonun Həsən Əilyev küçəsindəki onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
Ümumilikdə yanğın zamanı 50 sakin təxliyə edilib, binanın şaxtası boyunca 30 p.m elektrik naqilləri yanıb.