Bakının Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən satıcının mobil telefonu və pulunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Salmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.