Bakının Nərimanov rayonunda yerləşən klinikaların birində rentgen kabinetinin fəaliyyəti dayandırılıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Ömür” klinikasında planlı yoxlama keçirilib. Yoxlama nəticəsində rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı və ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən olub.
Aşkar edilmiş faktla bağlı rentgen kabinetinin fəaliyyəti dayandırılıb.