Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qəza nəticəsində 24 yaşlı Elməddin Baxşıyev və daha bir naməlum şəxs (ad-soyad dəqiqləşdirilir) xəsarət alıblar. Əraziyə cəlb olunan təcili tibbi yardımın köməkliyi ilə zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.