Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb. Yol Polisi Xidmətinin (YPX) avtomobili “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Faktla bağlı araşdırmalar aparılır.