Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə Əhməd Rəcəbli küçəsində baş verib. 30 yaşlı Ceyhun Nemətli “Opel” markalı avtomobili idarə edərkən 55-60 yaşlarında kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.