Bakının Nərimanov rayonu, Təbriz küçəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
49 yaşlı Əzizağa Paşayev yolun əks tərəfinə keçən zaman onu avtomobil vurub. Yaralı müxtəlif xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.