Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Motosiklet sürücüsü işıqforun qırmızı işığında keçən zaman “Mercedes Vito” markalı avtomobilə çarpılıb. Motosikletçi hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.