Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hərəkətdə olan motosiklet yolu keçən piyadanı vurub. Qəza nəticəsində piyada və motosikletçi xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardımın briqadası cəlb olunub. Göstərilən ilkin tibbi yardımdan sonra xəsarət alan hər iki şəxs xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.