Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Mercedes” markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığına görə, eyni istiqamətdə hərəkətdə olan “Ford” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Qəza nəticəsində “Mercedes”də olan sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.