Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 38 yaşlı İlqar Həsənov və 31 yaşlı Lalə Səmədzadə xəsarət alıblar. Qəza nəticəsində yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hazırda araşdırmalar aparılır.