Bakının Nərimanov rayonunda azyaşlılara tütün məmulatları satanlar cərimələniblər. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Satıcılarla profilaktik söhbətlər aparılıb və obyekt sahiblərinə protokol tərtib edilib.
Bu kimi tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.