Bakının Nərimanov rayonunda yerləşən ticarət mərkəzində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 gödəkçə oğurlanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.