Bakının Nərimanov rayonunda yerləşən mebel salonu yanıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 1880 kv.m (hər mərtəbəsi 470 kv.m) olan dördmərtəbəli mebel salonunda qeydə alınıb. Nəticədə tikilinin 3-cü mərtəbəsində 50 kv.m sahədə yığılan yumşaq mebel dəsti yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.