Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, ərazidə yerləşən mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Tofiq Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.