Bakının Nərimanov rayonunda yeniyetmə saxlanılıb. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, köşklərin birindən 500 manat pul oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o 625 manatlıq “Nimesil” dərmanı da oğurlayıb.
Hazırda araşdırma aparılır.