Nərimanov rayonunda yaşayış evində yanğın olub. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümusi 180 kvmi sahə.m olan kürsülü ikimərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Nəticədə evin zirzəmisi, eləcə də içərisinə yığılan əşyalar və taxta tullantılar 60 kv.m sahədə yanıb.
Bundan əlavə, evin 1-ci mərtəbəsində 2 otağın ev əşyaları 45 kv.m sahədə, sahəsi 72 kv.m olan bitişik birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 kv.m sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.
Evlərin qalan hissəsi və bitişik digər evlərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.