Bakının Nərimanov rayonunda yerləşən mağazalardan birinin anbarından oğurluq edilib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Haqverdiyev saxlanılıb. O, 76.000 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.