Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma rayon ərazisində yerləşən anbarda qeydə alınıb. Ümumi sahəsi 170 kv.m olan tikilinin içərisində 50 kv.m sahədə yığılan su qızdırıcıları və kombi aparatları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Anbarın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.