Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma yarımtikilinin zirzəmisində qeydə alınıb. Tikilidə taxta qəliblər 40 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.