Bakının Nərimanov rayonunda yerləşən yarımstansiyada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 36 kv.m olan yarımstansiyanın dam örtüyünün taxta atmaları yanıb. Yarımstansiyanın qalan hissəsi və içərisində olan transformatorlar yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.