Bakının Nərimanov rayonunda yerləşən hoteldə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 4500 kv.m olan beşmərtəbəli hoteldə qeydə alınıb. Tikilinin 1-ci mərtəbəsində pilləkən qəfəsində 7 elektrik qoruyucu açarı və 2 p.m elektrik kabeli yanıb. Ana və yeni doğulmuş körpə binada köməksiz vəziyyətdə qalıblar.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Ana və körpə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.