Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma binanın 4-cü mərtəbəsindəki ümumi sahəsi 55 kv.m olan 2 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 4 kv.m sahəsi, 1 ədəd kondisioner, eləcə də üst mərtəbədə olan mənzilin 1 ədəd plastik qapısı yanıb. 10 nəfər bina sakini təxliyə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.