Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Rayon ərazisində yerləşən yarımstansiyanın ətrafında quraşdırılan 3 elektrik lövhəsi, 15 p.m giriş-çıxış kabelləri və taxta altlıqlar 5 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Digər elektrik lövhələri və yarımstansiya yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.