Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 4 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları alışıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.