Bakının Nərimanov rayonunda doqquzmərtəbəli binanın sakini məişət əşyalarını mənzildən aşağı atıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Azadlıq prospekti, 116 ünvanında yerləşən tikilidə qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Baş verə biləcək intihar hadisəsinin qarşısını almaq məqsədilə müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılıb. Təhlükə yaradan 43 yaşlı vətəndaş Nazilə Bədirova təcili tibbi yardım briqadasının köməkliyi ilə ixtisaslaşdırılmış tibb mərkəzinə yerləşdirilib.
Bildirilir ki, qadın psixi xəstəlikdən əziyyət çəkir.