Nərimanov rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Ford” markalı yük avtomobilində qeydə alınıb. Nəticədə nəqliyyat vasitəsi tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[video width="576" height="1024" mp4="https://bakuplus.az/wp-content/uploads/2024/02/peni_rav.10-7340028765310848274.mp4"][/video]