Bakının Nərimanov rayonunda “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Elmir Abuşov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.