Nərimanov rayonunda vətəndaş intihara cəhd edib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ceyhun Hacıbəyli küçəsində baş verib. 44 yaşlı Anar Cəlilov binanın damına çıxaraq özünü oradan atmağa cəhd edib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. həmin şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb.
Bundan əlavə, ərazidə xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılıb.