Bakının Nərimanov rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 5-də bir nəfərin kartından 190 manat oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Akif Hümbətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.