Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 347 manat pul oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vəsaiti oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rahib Mürsəlov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.