Paytaxtın Nərimanov rayonunda bir nəfərin pulqabısı oğurlanıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə noyabrın 25-də baş verib. Bir nəfərin içərisində 500 manat, sənəd və kart olan pulqabısı oğurlanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Abbaszadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.