Bakının Nərimanov rayonunda vətəndaşdan külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ötən gün baş verib. Polisə müraciət edən şəxs bildirib ki, ondan 25.000 manat pul qeyri-aşkar şəraitdə oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini Elfaq Əliyev saxlanılıb. Fakt araşdırılır.