Nərimanov rayonunda ödəmə terminalından oğurluğa cəhd edilib. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri – 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov adıçəkilən rayon ərazisində yerləşən ödəmə terminalından oğurluğa cəhd göstəriblər. Onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.