Bakının Nərimanov rayonunda, Heydər Əliyev Mərkəzinin qarşısında yol qəzası baş verib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
20 yaşlı Elşən Quluzadə skuterlə yolu keçən zaman onu avtomobil vurub. Zərərçəkən ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.