Nərimanov rayonunda narkotik alverçilərinə qarşı əməliyyatlar keçirilib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən tədbirlər zamanı Fərid Əliyev və Eyvaz Ələsgərov saxlanılıblar. Onlarda ümumilikdə 3 kiloqram marixuana, eləcə də 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkarlanıb.
Bundan əlavə, rayon ərazisində aparılan profilaktik tədbirlər nəticəsində 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.