Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 74 ünvanında ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Allahverdi adlı sürücü "Renault" markalı avtomobili idarə edən zaman onun qəfil halı pisləşib. O, idarəetməni itirərək avtomobili yolun kənarında dayanan "Ford" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çarpıb.
Şahidlərin sözlərinə görə, qəzadan dərhal sonra sürücü sükan arxasında ölü vəziyyətdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.