Bakının Nərimanov rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, noyabrın 26-da saat 23:00 radələrində “Chevrolet” markalı avtomobildə sürücünün mobil telefonu soyğunçuluq yolu ilə talanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş H.Məmmədşuri saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.