Nərimanov rayonunda adam vurub qaçan sürücü tutulub. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini İsmayıl Mirzəyev “Mercedes” markalı maşınlar hərəkətdə olan zaman həmyerlisi G.Həsənovanı vurub, daha sonra isə hadisə yerindən qaçıb. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.