Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma reklam sexində qeydə alınıb. Ümumi sahəsi 90 kv.m olan sexin yanar konstruksiyaları yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.