Nərimanov rayonunda qadını qarət etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ramil Qibləliyev adıçəkilən rayon ərazisində bir qadının çantasından pul, qızıl boyunbağı və mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.