Nərimanov rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsində qeydə alınıb.
“Mercedes” markalı maşının sürücüsü İşıqforun qırmızı işığında keçərək digər yolda gedən enimarkalı maşına çarpılıb. Nəticədə 1 nəfər xəsarət alıb, nəqliyyat vasitələri deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_131815" align="alignnone" width="640"] Foto APA[/caption]