Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Baş Dövlət Yol Polis İdarəsinə (BŞDYP) istinadən xəbər verir.
Hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb. “Toyota Prius” markalı avtomobil kobud qayda pozaraq əks-istiqamətli zolağa çıxıb və “Kia Cerato” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmadığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.