Nərimanov rayonunda avtomobilin nömrəsini oğurlayan şəxslər tutulublar. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şahin Bayramov və Xəyal Əsədov “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onların narkotik aludəçisi olduqları və daha öncə dəstə üzvü olan qadınla birlikdə bu kimi cinayətlər törətdikləri məlum olub.
Onlar barəsində araşdırmalar davam edir.