Bakının Nərimanov rayonunda yerləşən ofislərin birindən pul oğurlanıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, ofisdən 20.674 manat qeyri-aşkar şəraitdə talanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.