Nərimanov rayonunda qanunsuz ağac kəsimi aşkar edilib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Rayonun Ağa Nemətulla küçəsi, 233 ünvanında yerləşən ağacın "Tantuni" adlı obyektin sahibi tərəfindən kəsildiyi müəyyən edilib.
Bununla bağlı toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Araşdırmalar davam edir.