Bakının Nərimanov rayonundakı ofislərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, avqustun 8-də ofisdən 9000 manat və 500 dollar pul talanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.