Bakının Nərimanov rayonunda notbuku oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir nəfəri aldatmaqda şübhəli bilinən N.Abdullayev saxlanılıb. O, 1400 manat dəyərində notbuku aldatmaq yolu ilə mənimsəməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.